Modern.az

Bəşər Əsəd yeni baş nazir təyin etdi

Bəşər Əsəd yeni baş nazir təyin etdi

9 Avqust 2012, 16:47

Suriyanın baş naziri keçmiş səhiyyə naziri təyin olundu

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd yeni baş nazir təyin edib. Bu, keçmiş səhiyyə naziri Vayel əl Xəlqidir. Yeni təyin olunmuş baş nazir Vayel əl Xəlqi 2011–ci ilin aprelindən səhiyyə naziri vəzifəsində çalışırdı.

Xatırladaq ki, müxalifətə qoşulduğunu bildirən keçmiş baş nazir Riyad Hicab Suriyadan qaçmışdı və hal-hazırda ailəsi ilə birgə İordaniyada məskunlaşıb.

Qeyd edək ki, Suriyada münaqişə 2011-ci ilin aprelindən bəri hökm sürür. Bir sıra Qərb və ərəb ölkələri Bəşər Əsədin hakimiyyətdən getməyini istəsələr də, Rusiya və Çin bunun münaqişəni böyüdəcəyi fikrindədir.

Aygün ASİFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi