Modern.az

Tərtərdə futbol oyunu təşkil edənlər CƏRİMƏLƏNDİ

Tərtərdə futbol oyunu təşkil edənlər CƏRİMƏLƏNDİ

Aktual

18 Yanvar 2021, 12:17

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Modern.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib. Qayda pozuntusuna yol  vermiş 2 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı