Modern.az

Azərbaycan güləşçisi Olimpiadada bürünc medal qazandı

Azərbaycan güləşçisi Olimpiadada bürünc medal qazandı

9 Avqust 2012, 23:17
 Bu gün XXX London Yay Olimpiya Oyunlarında daha bir qadın güləşçimiz yarışıb, 55 kq çəki dərəcəsində Yuliya Ratkeviç mübarizəyə qoşulub. Təmsilçimiz 1/8 finalda yunanıstanlı Mariya Prevolaraki ilə qarşılaşıb. Və ona qalib gələrək 1/4 finala yüksəlib. İdmançımız bu mərhələdə yaponiyalı güləşçi Saori Yoşida ilə üz-üzə gəlib. İlk hissə yaponiyalı güləşçinin xeyrinə başa çatıb - 1:0. İkinci hissədə daha 2 xal qazanan Yoşida yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz təsəlliverici yarışda mübarizəni davam etdirəcək. Yuliyanın bürünc medal qazanmaq şansı var. Lakin bunun üçün Ratkeviçə qalib gələn yaponiyalı Yoşida finala qədər irəliləməlidir. Belə də olub.

***

Ratkeviç bürünc medal qazanmaq üçün öncə amerikalı Kelsi Kempbelli məğlub etməliydi. O, bunun öhdəsindən gəlib - 4:0.
Həlledici qarşılaşmada güləşçimiz rusiyalı Valeriya Jolobova ilə dueldə dəqələbə qazanaraq yarışları üçüncü pillədə başa vurub - 6:0, 2:1. Beləliklə, Ratkeviç də Azərbaycana bürünc medalı qazandırıb!

Modern.az
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi