Modern.az

Əli Həsənov DANIŞDI: “Oktyabrın 1-dən Bakıdayam, məni sorğulamayıblar”

Əli Həsənov DANIŞDI: “Oktyabrın 1-dən Bakıdayam, məni sorğulamayıblar”

Hadisə

18 Yanvar 2021, 17:30

Prezident Administrasiyasının  ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov Türkiyədən “əli qandallı Bakıya gətirilməsi” barədə xəbərə münasibət bildirib.

Modern.az xəbər verir ki, Əli Həsənov sosial şəbəkədə haqqında yayılan xəbəri dezinformasiya adlandırıb.

O, bir sıra saytları Azərbaycan cəmiyyətini çaşdırmaqmaqda suçlayıb.


Prezident Administrasiyasının sabiq şöbə müdiri “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı xəbəri növbəti yalan adlandırıb.

Əli Həsənov bir neçə aydır ki, Azərbaycanda olduğunu qeyd edib:

“Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yadadıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər