“Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan “Soyqırımı Memorial Kompleksi” bu ilin sonuna təhvil veriləcək”. Bu sözləri Modern.az-a açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsindən seçilən deputat Yevda Abramov deyib.
O qeyd edib ki, ümumiyyətlə Quba rayonunda böyük iş gedir və həmin kompleksdə işlər sürətlə aparılır: “Tikinti bu sürətlə getsə, yəqin ki, ilin axırında açılışı olacaq. Artıq binanın əsas tikinti hissəsi hazırdır, içəridə olan işlər qalıb. Açılışın rayondakı digər obyektlərlə birgə olması ehtimalı var”.
Aytən Əliyeva