Modern.az

Bu gün Azərbaycanın 7 idmançısı Olimpiadada yarışacaq - SİYAHI

Bu gün Azərbaycanın 7 idmançısı Olimpiadada yarışacaq - SİYAHI

10 Avqust 2012, 11:07

Bu gün London Olimpiadasında 7 idmançımız mübarizəyə qoşulacaq. Boksçularımız Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal oyununa çıxacaq. Onlar yarımfinalda uduzsalar belə, bürünc medal alacaqlar.
Teymur Məmmədov saat 19.45-də Klemente Russo (İtaliya) ilə, Məhəmmədrəsul Məcidov isə gecə saat 02.30-a Roberto Kammarelli (İtaliya) ilə üz-üzə gələcək.

Bədii gimnast yarışlarında Aliyə Qarayeva çoxnövçülük üzrə təsnifat mərhələsində iştirak edəcək. Bu çıxış saat 16.00-daolacaq.

Kanoe yarışlarında Valentin Demyanenko çıxışına başlayacaq. O, saat 13.51-də mübarizəyə başlayacaq.

Bu gün taekvondo yarışlarında iki idmançımız yarışa qoşulacaq: Ramil Əzizov və Fəridə Əzizova. Ramil Əzizov  saat 13.15-də Stiven Lopeslə (ABŞ) döyüşəcək. Fəridə Əzizova saat 16.30-da Karin Sergerlə (Kanada) qarşılaşacaq.

Sərbəst güləşçi Əşrəf Əliyev də döşük üzərinə çıxacaq. 1/16 finalda onun rəqibi Soşuke Takatani (Yaponiya) olacaq. Görüş saat 17.00-da başlayacaq.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi