Modern.az

Federasiya prezidenti qar uçqununda öldü

Federasiya prezidenti qar uçqununda öldü

19 Yanvar 2021, 00:10

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.

 

Modern.az xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 4-12 nəfər qarın altında qalıb.

 

“Dombay qəsəbəsindəki Mussa-Açitara dağında qar uçqunu baş verib. Hadisə nəticəsində dağ xizəyi yolu, iki xizək icarəsi obyekti və kafe qar altında qalıb. İlkin məlumatlara əsasən, adıçəkilən ərazilərdə 4-12 nəfər xidməti personal və xizək həvəskarı olub”, - deyə məlumatda bildirilir.

 

Qar uçqunu nəticəsində Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulov həlak olub.

 

TASS-ın məlumatına görə, xəbəri mərhumun övladı Şamil Marşankulov da təsdiqləyib.

 

“Bəli, ölən mənim atamdır, federasiya prezidentidir. Onu xilas etmək mümkün olmadı. İndi gözləyirəm, meyitini aşağı düşürəcəklər”, - deyə Ş.Marşankulov bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!