Modern.az

Bu ölkədə iki sülhməramlı öldürüldü

Bu ölkədə iki sülhməramlı öldürüldü

19 Yanvar 2021, 00:37

Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofilli kompleks missiyası bildirib.

 

"BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofili kompleks missiyasının qabonlu və mərakeşli iki sülhməramlısı ölkənin cənubunda, Banqasudan (Mbomu prefekturası) 17 kilometr məsafədə onların kolonu silahlı qruplaşmaların koalisiyasının pusqusuna düşərkən öldürülüb", - xəbərdə deyilir.

 

Missiyanın rəhbəri Mankyor Ndiaye "Mərkəzi Afrika Respublikasında sülh uğrunda İttifaq" və "Antibalaka" silahlı qruplaşmalarının döyüşçüləri tərəfindən təşkil edilmiş hücumu pisləyib. O, qeyd edib ki, BMT-nin missiyası hücumu təşkil edənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün MAR hakimiyyəti ilə birgə işləyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!