Modern.az

“Suriyada Nəsiminin məzarı ətrafında döyüşlər gedir” - Münaqişə bölgəsindən Modern.az-a danışdılar

“Suriyada Nəsiminin məzarı ətrafında döyüşlər gedir” - Münaqişə bölgəsindən Modern.az-a danışdılar

Reportaj

10 Avqust 2012, 11:32

 
Mustafa Ağaoğlu: “Suriyadakı türkmənlər də artıq öz ordusunu yaradıb”

“Ermənilər Əsəd hökumətinin əleyhdarıdır”

Suriyada gedən vətəndaş müharibəsi günü-gündən şiddətlənir. Modern.az ağır döyüşlərin getdiyi ölkədən türkmənlərin səsini dünyaya çatdırmağa çalışan şəxslərdən biri Mustafa Ağaoğlu ilə əlaqə yaradaraq Suriyada son vəziyyət, türkmənlərin durumu haqda məlumat əldə edib.

– Hazırda Suriyada durum daha da qarışıb, müharibə şiddətlənib. Müxalif Suriya ordusu demək olar ki, ölkənin çox yerini ələ keçirib, son iki gündə isə ölənlərin sayı 500-ə çatıb.

– Suriyadakı türkmənlərin durumu necədir? Türkiyəyə köçənlər varmı?

– Türkmən ailələrdən 3500-ə yaxını Türkiyəyə qaçıb, amma çoxu öz ölkəsində qalıb, çünki bəzilərinin köçmək imkanı yoxdur. Qaçanlarda məcbur olub gedirlər, yoxsa hər kəs öz ana torpağında qalmaq istəyir. Qeyd edim ki, avqustun 7-də türkmənlər 3000 əsgərdən ibarət öz ordularını yaradıb.

– Bəs Hələbdə vəziyyət necədir? 

İndi xüsusilə Hələbdə vəziyyət çox pisdir. Ancaq dünən Hələbdə 150 insan öldü. Ölənlərin əksəriyyəti türkmənlərdir. Elə indi də Hələbdə vəziyyət çox pisdir, hamı təşviş içindədir. Eləcə də şair İmaddədin Nəsiminin məzarı Suriyada turistik məkanlardan biri idi. Amma indi həmin yerdə atışmalar getdiyi üçün ora da vəziyyət çox pisdir.

– Ermənilərin Qarabağa köçməsi barədə nə bilirsiniz?

– Ermənilər Əsəd hökumətinin əleyhdarıdır. Qarabağa köçmələri məsələsi doğru deyil. Yəni kütləvi şəkildə köç etmirlər. Onlar rəsmi şəkildə Ermənistana köçürlər. Hətta onlara Ermənistanın vətəndaşlığını da veriblər. Biz, yəni türkmənlər də Türkiyəyə səsləndik və hələ də onlara səslənirik ki, bizdə də türk vətəndaşlığı verin. Amma hələ də Türkiyə tərəfindən heç bir şey edilməyib.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi