Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsinə (kolleclərə) 8727 plan yeri ayrılıb.
Bu günədək 13829 abituriyent ümumi təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizəsini təsdiq etdirib.
Məleykə Abbaszadə avqustun 10-da keçirdiyi mətbuat konfransında deyib ki, bu il 9 illik təhsil bazasında 47 orta təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10404-dür. Onlardan 4866 dövlət sifarişli üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
M.Abbaszadə bildirib ki, ərizə qəbulu avqustun 1-i başlayıb və avqustun 24-də başa çatacaq.