Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ali məktəblərə keçirilmiş qəbul imtahanlarında aşağı bal toplamış abituriyentlərdən danışıb. O, bildirib ki, builki qəbul imtahanlarında abituriyentlərin aşağı nəticə göstərməsi mənfi haldır və TQDK bunu gözləyirmiş.
Modern.az xəbər verir ki, M.Abbaszadənin sözlərinə görə, bu il qəbul imtahanlarında 200 bal toplayan abituriyentlərin sayı keçən il 220 bal toplamış abituriyentlərin sayına uyğun olub.