Şairin anası: “İttiham əsassızdır”
Dünən İranda saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə barədə məhkəmə hökmünün oxunması təxirə salınıb. Məhkəmənin qərarı avqustun 14-də bəlli olacaq. Bu barədə
Modern.az-a Fərid Hüseynin anası Tahirə Hüseynova məlumat verib.
“Mən də sizin bildiyiniz qədər bilirəm. Sizə hələ heç nə deyə bilmərəm. Məhkəmənin qərarından sonra nəsə deyərəm. Dünən danışıqlar oldu, onların dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunduqları barədə ittiham səsləndi və ittihamın əsassız olduğu anlaşıldı. Gələn həftənin 3-cü gününə qədər bizə məlumat veriləcək, bizdə o zaman sizə məlumat verərik. Hazırda isə həm Fəridin, həm də Şəhriyarın vəziyyəti yaxşıdır”, – deyə T. Hüseynova bildirib.
Nihadə Eyyubova