Modern.az

DSX və DİN birgə əməliyyat keçirdi - 32 kq narkotik götürüldü

DSX və DİN birgə əməliyyat keçirdi - 32 kq narkotik götürüldü

Aktual

19 Yanvar 2021, 15:13

Cəlilabadda külli miqdarda narkotik vasitələr ələ keçirilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpədəki N saylı hərbi hissəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 18-də birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Uzuntəpə kənd sakini A.Şərbətov və sərnişini, Cəlilabad şəhər sakini S.Hüseynzadə Ocaqlı kəndi ərazisində saxlanılıblar.

 

Avtomobilə baxış zamanı oradan 25 kiloqram 285 qram heroin, 6 kiloqram 920 qram metamfetamin aşkar edilərək götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı