Modern.az

DİN: “İki polisi maşınla vuran sürücü tapılıb”

DİN: “İki polisi maşınla vuran sürücü tapılıb”

10 Avqust 2012, 13:30

Daxili İşlər Nazirliyi iki polis işçisinin maşınla vurulmasına dair məlumat yayıb. Modern.az DİN-ə istinadən bildirir ki, avqustun 9-da saat 23.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Masallı rayon sakini Siyavuş Məmmədov "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şəmkir rayon sakini Maluzər Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşının qoşqusuna vurub və qoşqu aşıb. Nəticədə S.Məmmədov hadisə yerində ölüb. Bununla əlaqədar hadisə yerinə gəlmiş Qaradağ RPİ 11-ci PB-nin rəisi Vüsal Qaraşov və RPİ-nin əməkdaşı Babagözəl Hacıyev həmin ərazidən keçən müəyyən edilməmiş avtomaşınla vurulublar. B.Hacıyev hadisə yerində ölüb, xəsarət almış V.Qaraşova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Görülmüş tədbirlər nəticəsində hadisənin "Mitsubishi-Pajero" markalı avtomaşının sürücüsü Ələt qəsəbə sakini Xasay İsmayılov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi