İsmayıllıya güclü qar yağıb. Yanvar ayının 19-u səhər saatlarından başlayan sulu qar sonradan qarla müşahidə olunub. Yağan qarın qalınlığı 30-40 santimetrə çatıb.
Rayondan Modern.az-a verilən məlumata görə, şəhər ərazisində və kəndlərdə qarın qalınlığı 30 santimetr, dağlıq ərazilərində isə 40 santimetr müşahidə edilir. Yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib.
Qarlı hava şəraiti İsmayıllının avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb.