Sabah Türkiyənin bütün şəhərlərində terrorizmə qarşı kütləvi aksiyalar keçiriləcək. Beynəlxalq Diaspor Mərkəzi (BDM) sabah saat 17:00-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında bu aksiyalara dəstək məqsədilə həmrəylik aksiyası keçirəcək.
BDM aparatının rəhbəri Samir Adıgözəllinin Modern.az -a verdiyi məlumata görə aksiyanın keçirilməsində məqsəd son zamanlar qardaş ölkədə ard-arda baş vermiş terror hadisələrini qınamaq və Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir. 11 avqustda Türkiyənin bütün şəhərlərində terroru lənətləmək üçün “Türkiyə Tək Ürək” yürüyüşləri keçiriləcək. Biz də bu aksiya ilə Türkiyəyə bir millət iki dövlət olduğumuzu nümayiş etdirmək istəyirik”.
Modern.az