Modern.az

London sakinlərinə 20 Yanvar barədə bukletlər paylanıb

London sakinlərinə 20 Yanvar barədə bukletlər paylanıb

Aktual

20 Yanvar 2021, 18:11

London şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, Şəfiqə Robertsin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup xanım soydaşımız 20 Yanvar faciəsindən və Bakıda sovet qoşun hissələri tərəfindən qətlə yetirilən şəhidlərimizdən bəhs edən bukletləri Londonun müxtəlif tarixi məkanlarında paytaxt sakinlərinə təqdim ediblər. Bukletlərdə Azərbaycan xəritəsinin təsviri, 20 Yanvar faciəsindən fotolar əks olunub, tarixi faktlar sadalanıb, "20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, yaralarımız təzə və acıdır", "20 Yanvar Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb" və s. kimi ifadələr yazılıb.   

Sonra əllərində Azərbaycan bayraqlarını və 20 Yanvar faciəsinin əks olunduğu şəkilləri tutan xanımlarımız şəhidlərimizi yad ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu