Modern.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarındakı erməni cəmiyyəti bu dəfə də Nyu-Yorkda oynanılacaq tamaşa ilə qondarma “erməni iddiaları”nı gündəmə daşımağa hazırlaşır.
“Qırmızı it ulayır” adlı teatr oyununda 1915-də Osmanlı coğrafiyasında yaşanıldığı iddia edilən hadisələrdən bəhs olunur. Nyu-Yorkda 5 sentyabr və 14 oktyabr tarixləri arasında ”Off Broadway” adlı teatr salonunda səhnələşdiriləcək “oyun”un biletləri satışa çıxıb.
Aleksandr Dinelarisin qələmə aldığı və rejissoru Ken Rus Scmoll olan oyun, Maykl Kiryakos adlı bir gəncin ailəsinin heç bilmədiyi tarixi həqiqətlərlə üzləşməsidir.
Kiryakos atasının ölümünün ardından, bir qutuda gizli saxlanılan məktublarla yola çıxaraq, keçmişini araşdırır. Ailəsinin yunan yox, Osmanlı ermənilərinə söykənən bir keçmişi olduğunu və guya, bir çox erməni ailələri kimi öz onların da Türklər tərəfindən yüzilliyin əvvəlində soyqrımına məruz qaldığını öyrənir. “Qırmızı it ulayır” adlı oyunun qəhrəmanı Maykl, ailəsi ilə ilə bağlı ortaya çıxan bu “həqiqət” qarşısında həyatda daha da güclü olmaq üçün mübarizə aparır.
Mövzu ilə əlaqədar Türk Amerikan Dərnəkləri Federasiyasının prezidenti Əli Çinar qondarma iddilarla dolu oyuna münasibət bildirib: "Bu teatrın məqsədi oyun göstərmək deyil, 1915-ci il iddialarını təkrar gündəmə gətirməkdir”.
T.Salehli