Modern.az

Azərbaycanın bir neçə rayonunda zəlzələ olub

Azərbaycanın bir neçə rayonunda zəlzələ olub

11 Avqust 2012, 18:01

Avqustun 11-də saat 17:25 radələrində Azərbaycanın bir neçə rayon və şəhərində zəlzələ olub. Yerli sakinlərin Modern.az-a verdiyi məlumata görə, yeraltı təkan Mingəçevir, Lənkəran, İmişli və eləcə də digər ətraf rayonlarda hiss olunub. Məlumatlarda zəlzələnin 3, 4 bal gücündə hiss olunduğu vurğulanır.
Lənkəranda baş verən zəlzələ nəticəsində bəzi evlərin dam örtüyü qopub, insanlara müəyyən miqdarda ziyan dəyib.

***

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, zəlzələnin episentri İran ərazisi olub. İranda baş verən zəlzələnin təsiri olaraq Azərbaycan Respublikasının da bir sıra  rayonlarında 4.5-2 bal gücündə yeraltı təkanlar hisss olunub.
Lənkəran, Astara, Yardımlı, Lerik, Ağdaş, Mingəçevir, Yevlax rayonlarında müxtəlif səviyyədə  hiss olunub. Həmçinin Naxçıvan MR-də də yeraltı təkanının gücü hiss olunub.
Zəlzələnin episentri isə Güney Azərbaycanın mərkəzi Təbriz şəhərindən 56 km məsafədə olub. Məlumata görə, İranda zəlzələ 6,2 bal gücündə qeydə alınıb.

"İlkin məlumatlara əsasən, İran İslam Respublikasında Təbriz şəhərindən 56 km şimali-şərqdə yerli vaxtla saat 17:23-də 6.2; 17:30-da 6.2; 17:34-də 6.6 və 17:49-da 6.2 magnituda gücündə zəlzələ qeydə alınıb. Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2.0 bala qədər hiss olunub (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələrində). Azərbaycan ərazisində insan təlafatı yoxdur"-deyə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan əhalisini təşvişə düşməməyə çağırıb

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi