Modern.az

İki güləşçimiz finala çıxdı - daha iki medal

İki güləşçimiz finala çıxdı - daha iki medal

11 Avqust 2012, 20:18

Bu gün London Olimpiadasında sərbəst güləş üzrə daha 3 idmançımız mübarizəyə qoşulub. Bunlar Toğrul Əsgərov, Şərif Şərifov və Camaləddin Məhəmmədovdur.

60 kq çəki dərəcəsində mübarizə aparacaq Toğrul Əsgərov yarışa 1/8 final mərhələsindən qoşulub. Təmsilçimiz bu mərhələdə almaniyalı Tim Şleyçeri məğlub edərək 1/4 finala çıxıb.
Güləşçimiz bu mərhələdə yaponiyalı Kenişi Yumotoya da qalib gəlib.
Yarımfinalda T.Əsgərovun rəqibi ABŞ idmançısı Koleman Skott olub. Toğrul burada da qalib gələrək finala adlayıb. Finalda onun rəqibi Besik Kudukov (Rusiya) olacaq. Görüş saat 22.46-da başlanacaq
 
Digər təmsilçimiz Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatılıb. Ş.Şərifov ilk döyüşündə Türkiyə güləşçisi İbrahim Bölükbaşı ilə üz-üzə gəlib. Nəticədə təmsilçimiz 1/4 finala yüksəlib. Ş.Şərifov bu mərhələdə amerikalı Ceyk Hebbertlə güləşib. O, inamlı qələbə qazanaraq yarımfinala çıxıb. Bu mərhələdə güləşçimiz Ehsan Laşgari (İran) olub. Şərif rəqibinə qalib gələrək finala çıxıb.
Şərifin finalda rəqibi Yusept Espinal (Puerto Riko) olacaq. Görüş saat 23.21-də start götürəcək.
 
Üçüncü idmançımız Camaləddin Məhəmmədov (120 kq) mübarizəyə 1/16 finaldan qoşulub. Məhəmmədov bu mərhələdə rusiyalı Bilal Maxovla qarşılaşıb. Təmsilçimiz rusiyalı güləşçiyə uduzub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi