Modern.az

Prezident İlham Əliyev Olimpiya çempionlarını təbrik etdi

Prezident İlham Əliyev Olimpiya çempionlarını təbrik etdi

12 Avqust 2012, 09:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibəti ilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib. 
Prezidentin mətbuat xidmətinin məlumaına görə, dövlət başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi