Modern.az

Şərqi Azərbaycanda zəlzələdən ölənlər 280-nə, yaralılar 2000-ə çatıb

Şərqi Azərbaycanda zəlzələdən ölənlər 280-nə, yaralılar 2000-ə çatıb

12 Avqust 2012, 15:09

Avqustun 11-də yerli vaxtla saat 16.53-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətlərində Rixter cədvəli ilə 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölən və yaralananların sayı artmaqdadır. İranın Fars agentliyinin məlumatına görə, Əhər və Vərzixan yaşayış məntəqələrində aparılan xilasetmə işləri nəticəsində dağıntılar altından çıxarılan meyitlərin sayı 280-nə çatıb. Yaralılar isə 2000 nəfəri örüb, onlara tibbi yardımlar göstərilir.
İtkin düşənlərin axtarışı davam etdirilir.

Əhər və Vərzixan yaşayış məntəqələrində evsiz qalan insanlar üçün təxminən 400 çadır quraşdırılıb. Ərzaq və geyim çatışmazlığını aradan qaldırmaq məqsədilə təbii fəlakət bölgəsinə yardımların daşınması davam etdirilir. Yerli rəsmilərin məlumatına görə, zəlzələ bölgəsindəki köhnə tikililərin əksəriyyəti sıradan çıxıb. Baş vermiş dağıdıcı zəlzələdən sonra davam etməkdə olan yeraltı təkanların sayı 36-nı keçib. Sonuncu yeraltı təkanlar 3-4 bal gücündə qeydə alınıb.

İran rəsmiləri ölənlərin sayının artacağını bildirirlər. Çünki dağıntılar altında yüzlərlə insanın qaldığı qeyd olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi