Modern.az

İstefada olan general ABŞ-ın müdafiə naziri təyin olundu

İstefada olan general ABŞ-ın müdafiə naziri təyin olundu

Dünya

22 Yanvar 2021, 21:07

ABŞ Senatı istefada olan general Lloyd Ostinin müdafiə naziri postuna Prezident Cozef Bayden tərəfindən irəli sürülən namizədliyini təsdiqləyib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bundan əvvəl onun namizədliyini Senatın profil komitəsi dəstəkləyib. Ostin 2016-cı ildə istefaya gedib. O, generalın dördulduzlu ranqına malikdir.

 

Ostin Pentaqona rəhbərlik edən ilk Afrika mənşəli amerikalı olacaq. O, Almaniyada və ABŞ-ın bir çox nöqtələrində xidmət edib, qərargah rəislərinin birləşmiş komitəsində işləyib. 2010-cu ildə Birləşmiş Ştatların İraqdakı qüvvələrinin komandanı olub.

 

2013-2016-cı illərdə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığına rəhbərlik edən Lloyd Ostin bu vəzifədə ölkəsinin İŞİD terror qruplaşmasına qarşı mübarizə strategiyasının hazırlanmasında mühüm rol oynayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi