Modern.az

Azərbaycan İrana humanitar yardım karvanı göndərib

Azərbaycan İrana humanitar yardım karvanı göndərib

13 Avqust 2012, 09:33


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə 13 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi