Modern.az

Şərqi Azərbaycandakı zəlzələdə ölənlərin sayı 300-ü ötdü

Şərqi Azərbaycandakı zəlzələdə ölənlərin sayı 300-ü ötdü

13 Avqust 2012, 13:12

İranın şərqi Azərbaycan əyalətində baş verən dəhşətıli zəlzələ nəticəsində ölənlərin ən son sayı açıqlanıb. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 306-a çatıb. Bu barədə İranın səhiyyə naziri Marziya Vahid Dascerdi açıqlama verib. Nazir bildirib ki, bölgələrdəki xəstəxanaların morqlarına 219 qadın və uşaq, 49 yaxşı insan meyiti gətirilib. Ümumilikdə isə son statistikaya görə, şərqi Azərbaycan əyalətində 300-dən çox insan həyatını itirib, 3000 mindən çox insan isə yaralanıb.

İranlı nazir həmçinin vurğulayıb ki, zəlzələdən əziyyət çəkən insanlara yardım tədbirləri davam etdirilir. Hazırda xəstəxanalarda gücləndirilmiş iş rejimini tətbiq edilir.

Qeyd edək ki, avqustun 11-də yerli vaxtla saat 16.53-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətlərində Rixter cədvəli ilə 6,6 bal gücündə zəlzələ baş verib. Azərbaycan da öz növbəsində İranın şimal-şərqində baş verən fəlakətlə bağlı bu ölkəyə humanitar yardım karvanı göndərib.

Anar RÜSTƏMOV

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi