Modern.az

Azərbaycan İrana ikinci yardım karvanı göndərib

Azərbaycan İrana ikinci yardım karvanı göndərib

13 Avqust 2012, 13:26

İranın şərqi Azərbaycan əyalətində baş verən zəlzələdən əziyyət  çəkən insanlara kömək məqsədi ilə Azərbaycan ikinci humanitar maşın karvanını Naxçıvandan İrana göndərib. Modern.az-ın məlumatına görə, Azərbaycandan daha 3 avtomobil İrana yola salınıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi fəlakətlə əlaqədar prezident İlham Əliyevin göstərişi ilə bu gün İrana 25 avtomobildən ibarət humanitar yardım karvanı göndərib. Avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi