Modern.az xəbər verir ki, Rusiyada dərc olunan “Vokruq sveta” jurnalının 7-ci sayında Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars kökənli müəllif olduğunu bildirən məqalə dərc edilib.
“Çingiz xanın güzgüsü” adlı məqalədə Yuri Aleksandrov adlı şəxs Nizami Gəncəvinin fars kökənli müəllif olduğunu söyləyib. Bu barədə Modern.az-a Krımda fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri Rəhim Hümbətov məlumat verib.
“Görünür ki, “Vokruq sveta “ jurnalının müəllifi Nizami Gəncəvini tanıyan, qəbul edən krımlı türkoloq Bertelsin, amerikan alimlərinin əsərlərindən xəbərizdir. Qeyd edək ki, Böyük Sovet Ensiklopediyasının 1939– cu il buraxılışında Nizami Gəncəvinin Azərbaycan şairi və mütəfəkkiri olduğu qeyd olunub. Nizami Gəncəvinin milliyyəti haqqında analoji fikirlə məşhur sovet şərqşünası Bertels də razılaşır. Onu da əlavə edək ki, sovet dövrünün tədqiqatçıları və ensiklopediyaları Nizamini Azərbaycan şairi kimi qəbul edib”.
Rəhim Hümbətovun sözlərinə görə, rusların Nizami Gəncəvini səhvən fars şairi kimi tanımağı heç də təəccüblü deyil. ”Nümunə kimi göstərmək olar ki, məşhur rus şərqşünası V.V. Qriqoryevin fikrincə, Mirzə Kazımbəy Şərq elmlərinin Rusiyada elmi, akademik əsaslarını qoyanlardan biri olub. O, eyni zamanda Rusiyanın Şərq elmlərini öyrənməkdə digər Qərbi Avropa şərqşünaslarını geridə qoymasında xüsusi xidmətlər göstərib.. Akademik A.N.Kononov isə Mirzə Kazımbəyi Rusiyanın vətəndaşı adlandırıb, onu Avropa elmini Şərq elmi ilə birləşdirənlərdən biri kimi dəyərləndirib. Bildiyimiz kimi, Mirzə Kazımbəy Azərbaycan alimi olub, amma ruslar onu rus alimi kimi qələmə verirlər. Etnik mənsubiyyət bu və digər səbəblərə görə dəqiq göstərilməyəndə bu cür hallar tez–tez baş verir.
Nizami Gəncəvinin Azərbaycan türkü olmasına dair mübahisələrin getməsinin səbəbi isə onun ancaq farsca yazmağıdır”.
Krımdakı Azərbaycan cəmiyyətinin sədri R.Hümbətov N.Gəncəvinin Azərbaycan şairi olmasına dair fikirlərini “Vokruq sveta “ jurnalının redaksiyasına göndərdiyini qeyd edib.
Aygün Asifqızı