Modern.az

Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ

Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ

Hadisə

25 Yanvar 2021, 12:40

“Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb”. Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında  bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, 2018-ci ildən faktiki nikah münasibətində olan şəxslər müəyyən edilir:

“Onların tibbi müayinədən keçmələri köməklik göstərilməklə nikahları dövlət qeydiyyatına alınır. 2020-ci ildə ildə də maarifləndirmə işi ilə faktiki nikahda olan 1420 cütlük müəyyən edilib, onlardan tibbi müayinədən köməklik göstərilməklə  981-nin nikahı dövlət qeydiyyatına alınıb”.

 

O deyib ki, ötən il Ədliyyə Nazirliyinin qeytiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən 61 erkən nikah yaşında olan şəxs və onun yaxınları  erkən nikah və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi-psixoloji təsiri barədə məlumatlandırılıb, 53 maarifləndirmə işi həyata keçirilib. 


R.Kərimovanın sözlərinə görə, ötən il qeydiyyat şöbələri tərəfindən nikahın pozulması haqqında 1 182 ərizə qəbul edilib:


“Onlardan 1 550-si psixoloqla söhbətə cəlb edilib. Qeydiyyat şöbələrində söhbətə cəlb edilmiş 288 cütlük nikahın pozulmasından imtina edib".

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU