Modern.az

Türkiyədə güclü qasırğa fəsadlar törətdi

Türkiyədə güclü qasırğa fəsadlar törətdi

Aktual

26 Yanvar 2021, 21:16

Türkiyənin Bursa vilayətində güclü qasırğa bir sıra fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, qasırğa bəzi binaların dam örtüyünü uçurub. İlkin məlumata görə, vilayətdəki biznes mərkəzinin damı binanın qarşısında dayanmış 5 avtomobilin üstünə düşüb. Vilayətdə ümumilikdə 19 avtomobilə ciddi ziyan dəyib.

 

Əlverişsiz hava şəraiti davam edir. Əhaliyə hava şəraiti sabitləşənədək imkan daxilində evdən çıxmamaq tövsiyə olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi