Modern.az

Dənizçinin nəşi Bakıya gətirildi

Dənizçinin nəşi Bakıya gətirildi

Aktual

27 Yanvar 2021, 11:18

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana gətirilib.

 

Modern.az-ın məlumatına görə, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatıdırılıb.

 

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir