ANS-in keçmiş aparıcısı, hazırda “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru Məhsəti Şərifin sentyabrın 5-də toyudur. Bu faktı jurnalistin özü Modern.az-a açıqlamasında təsdiqləyib.
Gələcək həyat yoldaşının Türkiyənin özəl şirkətlərinin birində çalışdığını deyən M.Şərif evləndikdən sonra İstanbulda yaşayacağını bildirib.
“Toy üçün isə hələ dəvətnamələr paylanmayıb, bu ayın 20-dən sonra hər kəsə veriləcək. Uzun müddət bu sahədə olduğum üçün toyda böyük jurnalist ordusu olacaq. Bunların içərisində ANS-in keçmiş və hazırkı işçiləri də yer alacaq”,-deyə jurnalist qeyd edib.
Aytən Əliyeva