Modern.az

Fuad Muradov: “Olimpiadadakı nöqsanlarla bağlı araşdırma aparılmalıdır”

Fuad Muradov: “Olimpiadadakı nöqsanlarla bağlı araşdırma aparılmalıdır”

Parlament

14 Avqust 2012, 16:15

“Olimpiadada elə idman növləri oldu ki, uğursuz çıxış elədik”. Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Fuad Muradov bildirib. Deputat Azərbaycan idmançılarının olimpiadada qazandıqları uğurlara sevindiyini deyərək? bəzi imdan növlərindəki nöqsanlarımıza toxunub:

“Azərbaycan əhalisinin say azlığına, bəzi idman növlərinin bizdə populyar olmamasına baxmayaraq, London Olimpiadasında 30-cu yerə yüksəldik. Bu, dünya ölkələri arasında çox önəmli bir yerdir. Düşünürəm ki, idmançılarımız Azərbaycan bayrağını qaldırmaqla gənclərimizin idmana daha çox həvəs göstərmələrinə təkan verdilər. Prezident İlham Əliyevin idmana olan qayğısı göz önündədir. Bu gün bizim həyata keçirdiyimiz siyasət Azərbaycan yeniyetmələrinin sağlam böyüməsinə hesablanıb. Ən əsas məsələ budur. Təbii ki, bununla yanaşı, medal da qazana biliriksə, əla haldır.
Amma əsas məqsədimiz Azərbaycan insanının sağlam həyat tərzində böyüməsidir. Elə idman növləri oldu ki, biz uğursuz çıxışlar etdik. Bununla bağlı araşdırmalar aparılmalı və növbəti Olimpiadaya hazırlaşmalıyıq. İqtisadiyyatı və idman ənənələri bizdən güclü olan ölkələri qabaqladıq. Çox sevinirəm və idmançılarımza təşəkkür edirəm”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım