Modern.az

Karantini pozan dönərxana aşkalandı

Karantini pozan dönərxana aşkalandı

Aktual

28 Yanvar 2021, 15:28

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edib.

 

Daxili İşlər Nairliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi