Modern.az

AMEA-da yeni təyinatlar

AMEA-da yeni təyinatlar

Aktual

28 Yanvar 2021, 20:50

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

AMEA-dan Modern.az-a verilən xəbərə görə, müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində problem şuralarının təşkili haqqında olub.

 

Problem şuralarının AMEA-nın elmi bölmələri üzrə təşkil edilməsi və onlara rəhbərliyi bölmələr üzrə vitse-prezidentlərin etməsi qərarlaşdırılıb.

Bundan əlavə, AMEA-da elmi, texniki və idarəetmə sistemində işləyən əməkdaşların attestasiyasının aparılması üçün müvafiq normativ və zəruri sənədlərin hazırlanması qərara alınıb.

 

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul olunub, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

 

Tədbirdə, o cümlədən dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı Tədbirlər planı təsdiqlənib. Eyni zamanda akademik Validə Əlizadənin 75, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Elşad Qurbanovun 70, İbrahim Cəfərovun isə 65 illik yubileyləri barədə qərar qəbul edilib.

 

Sonda bir sıra kadr məsələlərinə baxılıb. AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, tarix elmləri doktoru, professor Kərim Şükürov isə A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir