Modern.az

Beyləqanda ağır yol qəzası - ölən var

Beyləqanda ağır yol qəzası - ölən var

Aktual

28 Yanvar 2021, 21:28

Beyləqan rayonunun Bolsulu kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

 

Qeyd olunub ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU