Modern.az

Bakıda torpaq sürüşməsi - dağıntılar var - YENİLƏNİB

Bakıda torpaq sürüşməsi - dağıntılar var - YENİLƏNİB

Hadisə

28 Yanvar 2021, 22:33

Bakının Səbəil rayonu ərazisində Badamdar şossesində torpaq sürüşməsi baş verib. İlkin məlumata əsasən, sürüşmə əvvəl qeydə alınan hissədə aktivləşib.

 

Modern.az APA-ya istinadla xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.

 

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

 

Əlavə məlumat veriləcək.

 

***

 

Bakının Badamdar qəsəbəsində torpaq sürüşməsi olub.

 

Modern.az xəbər verir ki, sürüşmə nəticəsində bir sıra obyektlərə və evlərə ciddi ziyan dəyib.

 

İlkin məlumata görə, torpaq sürüşməsi nəticəsində “20-ci sahə” - Badamdar yolu tamamilə bağlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər