Modern.az

Millimizin rəqibləri bilindi

Millimizin rəqibləri bilindi

Aktual

28 Yanvar 2021, 22:44

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

 

Milan Obradoviçin başçılıq etdiyi komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir