Modern.az

İcra Hakimiyyəti FHN-i təkzib etdi - “2 fərdi yaşayış evi zərər görüb”

İcra Hakimiyyəti FHN-i təkzib etdi - “2 fərdi yaşayış evi zərər görüb”

Aktual

28 Yanvar 2021, 23:25

“Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları  və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər”.

 

Modern.az xəbər verir ki, bunu APA-nın hadisə yerində olan müxbirinə açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.

 

Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:

 

“Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu”.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Badamdarda baş verən sürüşmə ilə bağlı yaydığı açıqlamada yaşayış evlərinə ziyan dəymədiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir