Modern.az

İspaniyada zəlzələ oldu

İspaniyada zəlzələ oldu

Aktual

29 Yanvar 2021, 00:59

İspaniyanın Qranada əyalətində 4,3 bal gücündə zəlzələ olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Qranada şəhərindən 12 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

 

Xatırladaq ki, ötən gün də Qranadada 4,0 bal gücündə zəlzələ baş vermişdi.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir