"Barselona" klubunun kapitanı, argentinalı ulduz futbolçu Lionel Messinin İspaniya Kuboku çərçivəsində "Rayo Vallekano" ilə oyundan sonra meydanı gec tərk etməsinin səbəbi məlum olub.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Messi oyundan əvvəl ev sahibinin gənc heyətinə verdiyi sözə görə meydanı 20 dəqiqə gec tərk edib.
Belə ki, oyundan sonra Messi bütün heyətlə şəkil çəkdirib.
Qeyd edək ki, futbol üzrə İspaniya kubokunun 1/8 final mərhələsinin növbəti oyununda "Barselona" "Rayo Vallekano"ya 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Oyunda "Barselona"nın ilk qolunu Lionel Messi vurub. O, "Rayo Vallekano"ya vurduğu qolla son 15 ildə bütün turnirlərdə 15 və ya çox qol vuran futbolçu adına sahib olub.
T.İSMAYIL