Modern.az

Karantini pozan yeməkxana aşkarlandı

Karantini pozan yeməkxana aşkarlandı

Aktual

29 Yanvar 2021, 08:32

Daşkəsəndə karantin rejimini pozan yeməkxana aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində Şahbaz Hüseynova məxsus yeməkxananın gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.

 

Obyekt sahibi və müştəriləri Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir