Modern.az

Tvitterin işində nasazlıq yarandı

Tvitterin işində nasazlıq yarandı

Aktual

29 Yanvar 2021, 09:00

Bir sıra ölkələrdə tvitter sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

 

Nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya və Yaponiya istifadəçiləri şikayət edirlər. Xidmətin məlumatına görə, ABŞ-da istifadəçilərin çox hissəsi (66 %) saytın işində nasazlıqlardan şikayətlənir.

 

Təxminən 19 % istifadəçi “iPhone” və “iPad” mobil cihazları üçün proqramda problemlərlə üzləşiblər.

 

Sosial şəbəkə istifadəçilərinin 13 %-i Android əməliyyat sistemi üçün tətbiqdə çətinliklərlə qarşılaşıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir