Ermənistanın Baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağdakı separatçıların nümayəndəsi Vaan Badasyan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan bildirib.
Xatırladaq ki, V.Badasyan mətbuata açıqlamasında Paşinyanı hədələyərək deyib:
“Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.
Vaah Badasyan Qarabağ terrorçularının qurduğu qondarma “parlamentin keçmiş deputatı” olub.
O, MTX-yə aparılarkən bird aha hədələrini təkrarlayıb: “Bəli mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır” .