Modern.az

Sərnişin avtobusu betonqarışdıran maşınla toqquşdu

Sərnişin avtobusu betonqarışdıran maşınla toqquşdu

29 Yanvar 2021, 10:10

Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub. 

 

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər