Modern.az

Türkiyə parlamentinin sədri Bakıya gəlir

Türkiyə parlamentinin sədri Bakıya gəlir

Parlament

29 Yanvar 2021, 13:03

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop yaxın günlərdə Azərbaycana səfər edəcək.


Bu barədə Modern.az-a TBMM-nin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.


Deputat bildirib ki, səfər TÜRK PA çərçivəsində baş tutacaq.


Şamil Ayrımın sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi müzakirə mövzularından biri olacaq:


“Səfər müddətində türk dövlətləri arasındakı münasibətlər, Qarabağın işğaldan azad edilməsi kimi məsələlər gündəmin müzakirə mövzusu olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi