Müəyyən fasilədən sonra bu gün pandemiya səbəbindən Rusiyadan qayıda bilməyən Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verilib.
Modern.az Dağıstan ərazisindən Azərbaycan -Rusiya sərhədində yerləşən Samur sərhəd keçid məntəqəsinə gələn Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmasına artıq başlanılıb. TƏBiB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Mübariz Zeynalov və tibbi briqadası Azərbaycana gələn vətəndaşlarımızın koronavirusa qarşı ilkin müayinəsini aparıb,test nümunəsi götürüblər.
Bu gün təxminən 232 nəfər Azərbaycan vətəndaşının Rusiyadan Azərbaycana keçməsi gözlənilsə də 130 nəfər gəlib. Ölkəyə gətirilən vətəndaşlarımız tam müayinə baş çatdıqdan sonra BDU-nun Qubanın İkinci Nügədi kəndindəki istirahət mərkəzində karantinə alınıblar.
Qeyd edək ki, Rusiyadan Azərbaycan vətəndaşlarının ölkəyə gəlişinə sonuncu dəfə 2020-ci il dekabrın 18-də icazə verilmişdi.
Aytəkin ALXASLI