Modern.az

Bu ölkələrin vətəndaşları Almaniyaya buraxılmayacaq

Bu ölkələrin vətəndaşları Almaniyaya buraxılmayacaq

30 Yanvar 2021, 00:26

Almaniyada koronavirusa (COVİD-19) görə ölkəyə giriş qadağası sabahdan etibarən qüvvəyə minir.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, qadağa fevralın 17-dək qüvvədə olacaq.

 

Qadağa çərçivəsində İngiltərə, İrlandiya, Portuqaliya, Braziliya və Cənubi Afrikadan gələnlər ölkəyə buraxılmayacaq.

 

Qərar bu ölkələrdə koronavirusun yeni ştammının aşkarlanması ilə bağlıdır.

 

Almaniya Daxili İşlər Nazirliyi mutasiyaya uğramış koronavirusun daha sürətlə yoluxan və daha ölümcül olan ştammının ölkədə yayılmasına mane olmaq üçün tədbirləri gücləndirib.

 

Almaniyada yaşayan və yaşamaq icazəsi olan şəxslərə, eləcə də, mal dövriyyəsi üçün qadağada istisnalar tətbiq olunacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza