Modern.az

Paşinyan yenə canlı yayıma çıxdı – Şuşadan DANIŞDI

Paşinyan yenə canlı yayıma çıxdı – Şuşadan DANIŞDI

30 Yanvar 2021, 11:32

Ermənistan baş naziri Nikol Paşinyan bu gün özünün Facebook hesabından yenidən canlı yayıma çıxıb.

Modern.az xəbər verir ki, Paşinyan Şuşa şəhəri ilə bağlı bir müddət əvvəl dediyi “əhalisinin 90%-i azərbaycanlı olan Şuşa erməni şəhəri sayıla bilərmi?” açıqlamasına izahat verib.

O, sözlərinin yanlış anlaşıldığını deyib.

“Mən Şuşa barədə danışarkən Vladimir Putinin təklifinə toxunmuşdum. Amma həmin variant şəhərin 90%-dən çox əhalisinin azərbaycanlı olmasını nəzərdə tuturdu. Odur ki, “Şuşa bu statusda erməni şəhəri sayılırmı” sualına cavab vermişəm”.

 

Paşinyan Putinin təklifinin qəbul olunacağı təqdirdə, Şuşa əhalisinin 1992-ci ildəki demoqrafik tərkibinin əsas götürüləcəyini xatırladıb.


“Mən bu təklifə reaksiya verdim. Əhalisinin 96%-dən çoxu azərbaycanlı olacaq şəhər necə erməni nəzarəti altında sayıla bilərdi?”-deyə Paşinyan qeyd edib.

 

Baş nazirin fikrincə, Qarabağın yekun statusunun həll olunmadığı halda bu sayda azərbaycanlı məcburi köçkünün Şuşaya dönüşü qəbuledilməz idi.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi