Modern.az

Bu il dəm qazından zəhərlənənlərin SAYI...

Bu il dəm qazından zəhərlənənlərin SAYI...

30 Yanvar 2021, 11:40

2021-ci ilin yanvar ayında dəm qazı zəhərlənməsilə 48 müraciət daxil olub, onlardan 43 nəfəri xəstəxanalara qəbul edilib.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.

 

Baş toksikoloqun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 14 nəfəri azyaşlı olub:

“Hazırda 2 nəfərin xəstəxana şəraitində müalicəsi davam etdirilir, qalanları evə yazılıb, ölüm hadisəsi qeydə alınmayıb”.

 

A.Maqsudov deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəm qazı zəhərlənmələrində azalma müşahidə edilir:

“Ötən il 56 zəhərlənmə qeydə alınmışdı”.

 

Həkim həmçinin deyib ki, bu ay ərzində 8 nəfər sirkə turşusundan zəhərlənib, 1 nəfər ölüb, 12 nəfər dərman pereparatlarından allergik reaksiya ilə müraciət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər