Modern.az

18 şəhidin məzarı Şəhidlər Xiyabanına köçürüldü

18 şəhidin məzarı Şəhidlər Xiyabanına köçürüldü

30 Yanvar 2021, 21:25

Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

 

Modern.az xəbər verir ki, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin  optimal həll yolu müəyyən edilib.

 

Məlumata görə, məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi vaxtının uzanması bir neçə şəhid ailəsinin məzarların yerinin dəyişdirilməsi istəyi, əksər hissənin isə həmin qəbirstanlıqda qalmasına razı olması ilə bağlı olub. 

 

Yanvarın 30-da idə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib. 

 

Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.

 

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. 

 

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə şəhidlərin dəfn olunması üçün seçilən yerlərin uğursuz və onların adına layiq olmaması hər kəsin narazılığına səbəb olub.

 

Söhbət Qaradağ rayonu Xocasən-Lökbatan yolunun üzərində yerləşən ümumişəhər qəbiristanlığından gedir. Vətən müharibəsinin 18 qəhrəmanı burada dəfn olunub. Şəhidlərin dəfni üçün ayrılan yerdə məzarların üzərinə yığılan su ictimaiyyətin qınağına səbəb olub.

 

Şəhid ailələri övladlarının məzarlarının daha münasib yerə köçürlüməsini tələb ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər